“Türkiyədən ev aldım...” - Röya + Fotolar

turkiyeden-ev-aldim
Oxunma sayı: 7962

Əməkdar artist Röya Ayxan Türkiyənin “Vatan” qəzetinə müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, müğənni müsahibəsində imicinin tez-tez dəyişməsindən söhbət açıb.

“Dinamik həyat tərzini sevirəm. Bu, mənim həyəcanımı canlı saxlayır. Həyatda qalıcı olan tək şey dəyişməkdir. Dəyişməyi sevirəm”,-deyə Röya bildirib.

R. Ayxan Azərbaycandan fərqli olaraq Türkiyə şou-biznesinin fərqli olduğunu qeyd edib:

“Türkiyədə peşəkar musiqiçilər var. Onlarla bu sahədə danışmaq, eyni studiyada zaman keçirmək, eyni həyəcanı yaşamaq maraqlıdır. Burada vəziyyət fərqlidir. İşdən başqa qəribə çəkişmələr var.

Mənasız şeylərdir, belə vəziyyətdə olmaqdan xoşum gəlmir. Azərbaycan mənim torpağımdır. Oradan ayrılmaq barədə bir fikrim yoxdur. Bu səbəbdən Türkiyədən ev aldım, nizamlı şəkildə burada yaşamağa çalışacam”.