Türkiyəli skautlar Xocalı qurbanlarına görə 613 ağac əkdilər - Foto

turkiyeli-skautlar-xocali-qurbanlarina-gore-613-agac-ekdiler
Oxunma sayı: 1121

Türkiyə Skautlar Federasiyası Xocalı qurbanlarının xatirəsini anıblar.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə və Azərbaycan skautları Xocalıda həlak olanların xatirəsinə  613 ağac əkiblər.

“Qarabağ topraqlarının böyük bir qismi Ermənistanın işğalı altındadır. Türkiyə Skaut Federasiyası və Azərbaycan Skaut Təşkilatı olaraq 613 meyvə ağacı əkdik. Bu ağacların böyüyəndə verəcəyi meyvələri az təminatlı ailələr üçün fayda verəcək. Ümid edirəm ki, işğal altında olan Azərbaycan torpaqları ən qısa zamanda azad ediləcək”,-deyə məlumatda qeyd edilib.