Türkiyənin ən reytinqli proqramının yayımı dayandırıldı

turkiyenin-en-reytinqli-proqraminin-yayimi-dayandirildi
Oxunma sayı: 5035

Türkiyənin ən reytinqli proqramı olan “Müge Anlı ile tatlı sert” proqramı müvəqqəti olaraq yayımını dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, sosial layihənin bağlanması koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən işlər çərçivəsində həyata keçirilib.

Verilişin nə vaxt yenidən yayıma başlayacağı barədə məlumat verilməyib.

Bir neçə həftə proqramın ən çox reytinq əldə edən bölümləri yenidən ATV-də göstəriləcək.