Tyeri Anri “Qarabağ”dan sürpriz gözləyir

tyeri-anri-qarabagdan-surpriz-gozleyir
Oxunma sayı: 2890

Fransa millisinin sabiq üzvü, əfsanəvi futbolçu Tyeri Anri “Qarabağ”dan danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan klubundan Çempionlar Liqasında bu gün “Benfika”ya qarşı keçirəcəyi oyunda sürpriz gözlədiyini bildirib:

“Bu gün Çempionlar Liqasında iki komandadan sürpriz gözləyirəm. Biri “Qarabağ”dır, digəri “Marsel”. Hər iki komandanın səfərdə xalla qayıdacağını düşünürəm”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı bu gün saat 23:00-da başlayacaq.