Üç gün əvvəl ad günü olmuşdu, vəfat etdi - Foto

uc-gun-evvel-ad-gunu-olmusdu-vefat-etdi
Oxunma sayı: 8533

Qusarda müəllim vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zöhrabova Zərif Radəl qızı dünən axşam saatlarında dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən öldüyü bildirilir.

Qeyd olunub ki, 1979-cu il təvəllüdlü Z.Zöhrabovanın oktyabrın 5-də ad günü imiş və məktəb kollektivi onu ziyarət edərək təbrik edibmiş.