Üç gün öncə özünü binadan atan 25 yaşlı qadın ölüb - Foto

uc-gun-once-ozunu-binadan-atan-25-yasli-qadin-olub
Oxunma sayı: 12431

Bakıda üç gün öncə özünü binadan atan qadın oktyabrın 5-də vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonu, Əliyar Əliyev 1 ünvanında baş verib.

Məlumata görə, canına qəsd edən 25 yaşlı Aişə Şıxbabayeva şirkətlərin birində qeydiyyatçı vəzifəsində çalışırmış. Onun hansı səbəbdən intihar etməsi sual olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.