Üçqat dünya çempionunun qızı öldürüldü

ucqat-dunya-cempionunun-qizi-olduruldu
Oxunma sayı: 5684

Məşhur idmançı, üçqat dünya çempionu Tayson Qeyin 15 yaşlı qızı Triniti Qey öldürülüb.

Qafqazinfo” Associated Press-ə istinadən xəbər verir ki, o ABŞ-ın Leksinqton şəhərində güllələnib.

Məlumata görə, yeniyetmə qız restoranda baş verən atışmanın qurbanı olub. Polis bildirib ki, hadisə zamanı 2 naməlum avtomobildən atəş açılıb, həmin şəxslər insidentdən sonra qaça biliblər.

Triniti Qey ağır vəziyyətdə xəstəxanya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Tayson Qey 100 metr qaçışda rekorda imza atıb- 9,69 saniyə. Onun dünya çempionatındakı hesabında 3 qızıl, 1 gümüş medal var.