Mateus Silva “Flamenqo”ya keçir? - Açıqlama

mateus-silva-flamenqoya-kecir
Oxunma sayı: 546

“Qarabağ”ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqası Liqa mərhələsinin “Ayaks”la matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisi əvvəlcə matçdan danışıb:

- Bizi sabah çox ciddi oyun gözləyir. Çox təəssüf ki, hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Oyun fəlsəfəmiz hamıya bəllidir. Hamımız bilirik ki, meydanda nə edəcəyik. Doğma meydanda oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Sabahkı oyuna xüsusi motivasiya ilə çıxacaqsınız? Bu mövsüm yaxşı performans göstərirsiniz. Bunun davamını görə bilərik?

- Bu turnirdə uğurlu nəticə üçün təkcə mənim yüksək performans göstərməyim yetərli deyil. Komanda yoldaşlarım hamısı yüksək performans göstərməlidir. Söz verə bilərəm ki, sabah mən və komanda yoldaşlarım əlimizdən gələni edəcəyik.

- Sabah “Qarabağ” üçün həlledici oyunlardan biri olacaq. Komanda daxilində həyəcan var?

- Çempionlar Liqasında bütün oyunlar böyük oyundur. Amma hansısa həyəcan yoxdur. Digər matçlara necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşacağıq.

- Ötən mövsüm “Ayaks”a 0:3 hesabı ilə uduzmuşdunuz. Revanş hissi var?

- Doğrudur, keçən mövsüm onlara böyük hesabla uduzmuşduq. Amma bunu deyə bilərəm ki, vəziyyəti xeyrimizə dəyişmək istəyəcəyik.

- Adınız “Flamenqo” ilə hallanırdı. Bu, doğrudur?

- Mətbuatda çoxlu xəbərlər çıxır. Bütün xəbərlərə inanmaq məcburiyyətində deyilik. Biz yolun ortasındayıq. Öz missiyamız var. Onu bitirməliyik. Bir işə fokuslanmışıq və diqqətimiz yayınmamalıdır. Düşünmək üçün vaxtımız var. Missiyamızı sona qədər başa vurmalıyıq.