Uhanda kişi 7 nəfəri öldürüb özünü çaya atdı

uhanda-kisi-7-neferi-oldurub-ozunu-caya-atdi
Oxunma sayı: 952

Çinin Uhan şəhərində 39 yaşlı bir kişi bıçaqla ətrafdan keçən insanlara hücum edib.

“Qafqazinfo” “Sina”ya istinadən xəbər verir ki, Qao soyadlı şəhər sakini hücum zamanı 7 nəfəri bıçaqlayaraq öldürüb.

Məlumata əsasən, o, ilk olaraq 5 nəfəri bıçaqlayaraq qətlə yetirib. Bir nəfər yaralansa da, qaçaraq xilas ola bilib.

Cinayətkar daha sonra hadisə yerindən qaçıb və yoldan keçən daha iki nəfəri öldürüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxs özünü körpüdən Yanszı çayına atıb. Hazırda onun axtarışları davam edir.