Ukrayna Dünya Bankından 1,1 milyard dollar ala bilər

ukrayna-dunya-bankindan-11-milyard-dollar-ala-biler
Oxunma sayı: 1526

Ukrayna sosial ödənişlər üçün Dünya Bankından 1,1 milyard dollar kredit ala bilər.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“Ukrayna tərəfdaşlarından pul cəlb etməkdə davam edir. Dünya Bankından 1,1 milyard dollara yaxın kredit. Biz onlardan sosial ödənişlər, təhsil, tibb və digər prioritet ehtiyaclar üçün istifadə edəcəyik”, - Şmıqal qeyd edib.