Ukrayna Kremlə zərbə endirməyə cəhd edib - Rusiya açıqladı - Video

ukrayna-kremle-zerbe-endirmeye-cehd-edib
Oxunma sayı: 7038

“Ukrayna gecə Kremlə zərbə endirməyə cəhd edib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.

“Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, - deyə məlumatda qeyd olunub. 

Rusiyanın teleqram kanallarında Kremlin sözügedən PUA-ların zərərsizləşdirilməsindən sonrakı görüntüləri paylaşılıb. Görüntülər rəsmi olaraq təsdiq olunmayıb.