“Ukraynada oliqarx çevrilişi baş verdi” - Saakaşvili

ukraynada-oliqarx-cevrilisi-bas-verdi
Oxunma sayı: 9195

Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasında dünən keçirilən səsverməyə facebook hesabında münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvilinin fikrincə, ölkədə “oliqarx çevrilişi” və ya “restavrasiya” baş verib.
Qubernator “Petro Poroşenko Bloku”na müraciət edərək onu koalisiyadan çıxan “Batkivşina” və bunu yaxın günlər üçün planlaşdıran “Samopomoşi” fraksiyalarından nümunə götürməyə çağırıb. Saakaşvili bildirib ki, əgər Poroşenkonun bloku koalisiyada qalarsa, bu, Yatsenyuk hökumətinin istefası üçün səs verən deputatlarının da üzərinə kölgə salacaq.