Ukraynadakı müharibədə bu qədər mülki vətəndaş ölüb

ukraynadaki-muharibede-bu-qeder-mulki-vetendas-olub
Oxunma sayı: 1872

Ukrayna-Rusiya müharibəsinin ilk günündən indiyə kimi 10 min 382 nəfər mülki vətəndaş ölüb, 19 min 659 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari Dikarlo deyib.

O bu barədə Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Ukraynada 2023-cü il ərzində azalmağa doğru gedən mülki itkilər dekabr ayından artmağa başlayıb.