“Ukraynanın bu hadisə ilə əlaqəsi yoxdur”

ukraynanin-bu-hadise-ile-elaqesi-yoxdur
Oxunma sayı: 4889

“Ukraynanın Moskvada “Crocus City Hall”da baş verən insidentlə əlaqəsi yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak öz teleqram kanalında açıqlayıb. 

“Ukraynanın bu atışma, bu hadisə ilə dəqiq olaraq əlaqəsi yoxdur”, - deyə o qeyd edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də, öz növbəsində, bildirib: “ABŞ rəhbərliyi Ukraynanın “Crocus City Hall”da baş verən insidentlə əlaqə olmasına dair məlumata sahib deyil”.