Uşaqları öldü, ananın vəziyyəti ağırdır - Göygöldə faciə

usaqlari-oldu-ananin-veziyyeti-agirdir
Oxunma sayı: 5978

Göygöldə dəm qazından zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb.

Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində 2 yaşlı Abbasov Tuncay Vüsal oğlu və 4 yaşlı Abbasova Xədicə Vüsal qızı vəfat edib, Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.