ÜST-nin iki əməkdaşı da koronavirusa yoluxdu

ust-nin-iki-emekdasi-da-koronavirusa-yoluxdu
Oxunma sayı: 2471

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki əməkdaşı koronavirusa yoluxub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə təşkilatın Mətbuat xidmətinin rəhbəri Kristian Lindmayer jurnalistlərə açıqlamasında bildirib.

“COVİD-19-a yoluxmuş iki əməkdaşımız var, onların analizi pozitiv çıxıb. Hazırda karantinə götürülüblər”, - deyə qurum rəsmisi qeyd edib.

Bu məqamda bildirək ki, ÜST-ün saat 15:00-a olan məlumatına görə, dünyada 185,378 min nəfər koronavirusa yoluxub.

7,332 nəfər xəstəlikdən ölüb, 79,930 nəfər isə sağalıb.