Usubov polkovniki rəis postundan uzaqlaşdırdı

usubov-polkovniki-reis-postundan-uzaqlasdirdi
Oxunma sayı: 16171

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.

Qafqazinfo” BakiPost.az-a istinadən xəbər verir ki, nazirin əmriylə Abşeron rayonu, Mehdiabad Polis Bölməsinin rəisi, polkovnik Məhəmməd İsmayılov tutduğu vəzifədən azad edilib. Onun yerinə polkovnik leytenant Hatəm Hacıyev təyin edilib. Məlumata görə, H.Hacıyev əvvəllər Suraxanı rayonu mühafizə polisinin rəisi olub.

Rəis postundan azad edilən M.İsmayılovun Nəqliyyatda Baş Polis İdarəsində rəis müavini vəzifəsinə təyin edildiyi bildirilir.