Üzünüzü yapon qadınlar kimi yuyun - Cavan qalın

uzunuzu-yapon-qadinlar-kimi-yuyun
Oxunma sayı: 7593

Bildiyimiz kimi, yapon qadınlar daim gənc və gözəl görünürlər. Onların bu üstünlüyünün isə sirri var imiş.

Qafqazinfo” “Naget.ru”ya istinadən xəbər verir ki, yapon qadınların bu üsulu demək olar ki, hər kəsin cibinə uyğundur və ondan hamı istifadə edə bilər.

Bu vasitəs hər səhər və axşam üzü mineral su ilə yumaqdır. Lakin başlanğıc üçün üzünüzü sizə rahat olan metodlarla (su, süd, qidalandırıcı krem) təmizləyin ki, kosmetika qalmasın. Bundan sonra həftədə bir dəfə üzünüzü müəyyən miqdarda qazlı su ilə yuyun. İnanın ki, nəticədə hamar, elastik və yenilənmiş bir dəriyə sahib olacaqsınız.

Üzü mineral su ilə yumağın daha bir üsulu var. Bunun üçün suyu qəliblərə tökərək soyuducuda dondurun və adi su ilə yuyunduğunuz kimi yuyunun. Ən sonda isə mineral buz dənəciyi ilə üzünüzü masaj edin.

Təmiz dəriyə sahib olmağın daha bir neçə qaydası var:

1. 1 litr həcmində qaynadılmış suya 4 çay qaşığı soda əlavə edin və yuyun;

2. 1 litr suya 1 çay qaşığı limon suyu əlavə edin. Bu, üsul da çox faydalıdır, üzünüzdəki turşu-qələvi balansını nizamlayacaq.

Hər bir proseduru hər həftə nizamlı olaraq edin. Bununla siz hamar və parlaq dəriyə sahiblənəcəksiniz.