Vatsapda bu da mümkün olacaq

vatsapda-bu-da-mumkun-olacaq
Oxunma sayı: 5697

Vatsap istifadəçiləri tətbiqdə stikerlər yaratmağa və redaktə etməyə imkan verən yeni funksiyadan istifadə edə biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Vatsap stikerlərinin yaradılması funksiyası, eləcə də fon silmə aləti istifadəçilərə üçüncü tərəf alətlərindən istifadə etmədən stikerləri cəld yaratmağa və redaktə etməyə imkan verəcək”, - portal vurğulayıb.

Yeni seçim artıq “TestFlight” proqramından iOS üçün vatsapın ən son versiyasını quraşdırmış bəzi beta istifadəçiləri üçün əlçatandır. Yaxın gələcəkdə funksiyanın geniş istifadəçilər üçün əlçatan olacağı gözlənilir.