Vilayət Eyvazov yeni rəis təyin etdi

vilayet-eyvazov-yeni-reis-teyin-etdi
Oxunma sayı: 12935

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Əliyev Ramin Vitali oğlu müvafiq vəzifəyə təyinat alıb.

Qeyd edək ki, R.Əliyev bu təyinatadək Goranboy DYP-də çalışıb.

Xocalı DYP-nin əvvəlki rəisi Nemət Məmmədov isə təqaüdə göndərilib.

Amin Nəzərli