Voleybol millimiz Ukrayna yığmasına məğlub olub

voleybol-millimiz-ukrayna-yigmasina-meglub-olub
Oxunma sayı: 1495

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatında üçüncü oyununu məğlubiyyətlə başa vurub.

“Qafqazinfo” xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Ukrayna ilə qarşılaşıb.

Oyun yığmanın 0:3 (12:25, 6:25, 10:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, təmsilçimiz əvvəlki iki matçda Estoniya və Latviyaya da eyni hesabla uduzub. Yanvarın 7-nə qədər davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.