Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, uzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub 62 yaşında vəfat edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, onkoloji xəstəlikdən əziyyət çəkən və bir neçə gün öncə komaya düşən V.Əyyub bu gün dünyasını dəyişib.
Mərhum bu gün saat 4-də Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!
Son xəbərlər
Son Xəbərlər