Xəzərdə zəlzələ oldu

xezerde-zelzele-oldu
Oxunma sayı: 3762

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.  

Bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.