Çelenc Kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət Fövqəladə Hallar Nazirliyinin (FHN) “Xilasedici” komandası noyabrın 20-si nazirliyin İdman-sağlamlıq klubunun arenasında 1/32 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, təmsilçimizin rəqibi Rumıniyanın “Steaua” klubu olub.
Səfərdə 0:3 hesabı ilə məğlub olan komandamız cavab oyununda 3:1(25:23, 25:17, 15:25, 28:26) hesabı ilə qalib gəlib. Növbəti mərhələyə vəsiqə qazanan komandanı müəyyənləşdirmək üçün isə qızıl set oynanılıb. Həlledici setdə “Xilasedici” 15:13 hesabı ilə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.
Növbəti mərhələdə komandamızın rəqibi Belçikanın “Lindemans” klubu olacaq.
İlk oyun 2026-cı il yanvar 7-də Belçikada keçiriləcək.







Son xəbərlər
Son Xəbərlər