Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl baş verib.
"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölüm Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı şəxs olduğunu bildiriblər. Bakı sakini olan həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər