Xırdalan şəhər sakini P.Həbibovun qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülməsi nəticəsində ölməsi müəyyən edilib.
"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun iyunun 22-də qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər