Xırdalanda külək məktəbin damını uçurdu - Video

xirdalanda-kulek-mektebin-damini-ucurdu
Oxunma sayı: 6476

Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin damı uçub.

“Qafqazinfo” xəbər verir ki, hadisə güclü külək nəticəsində baş verib. Valideynlər belə havada övladlarını məktəbə göndərməkdən qorxduqlarını qeyd ediblər. 

***

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən “Qafqazinfo”nun sorğusu cavablandırılıb: “Əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

Lamiyə Məmmədova

Xəbəri rus dilində oxuyun: Задержан мужчина, убивший своего брата

Видео, которым поделился Элариз из США, вызвало большой интерес

Ужасное самоубийство в Азербайджане - газ оставили открытым