“Xocalı soyqırımı ilə bağlı ədalət Azərbaycan Prezidenti tərəfindən təmin edildi” - Elçin Yusubov

xocali-soyqirimi-ile-bagli-edalet-azerbaycan-prezidenti-terefinden-temin-edildi
Oxunma sayı: 2498

“Bu gün Xocalı qurbanlarının ruhları şaddır. Çünki onların qanı tökülmüş torpaqları müzəffər Ali Baş Komandanın qalib ordusu döyüş meydanında şəhidlərimizin qisasını alaraq azad edib”.

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov Xocalı soyqırımında öldürülən şəxslərin dəfn mərasimində deyib.

Xüsusi nümayəndə bildirib ki, 32 il əvvəl xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı ədalət məhz Azərbaycan Prezidenti tərəfindən təmin edilib və tarixi ədalət bərpa olunub:

“Bu qələbənin davamı olaraq işğaldan azad olunmuş ərazilərimizdə əhalinin qayıdışı, viran olunmuş torpaqların cənnət məkanına çevrilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıb və ən qısa müddətdə bu işlərin yüksək sürətlə icrası təmin olunacaq”.

Sail Ağasəlim