Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi

Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi
Oxunma sayı: 5832

Azərbaycan dekabrın 3-də Xocavənd rayonunda Azərbaycan əsgərinə hücum edən Seyran Sarkisyanın meyitini Ermənistan tərəfinə təhvil verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, meyitin təhvil verilməsi bu gün günorta saatlarında Qırmızı Bazar qəsəbəsi yaxınlığında baş tutub.

Xatırladaq ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.