Yağışlı havada yük maşını belə aşdı - Video - Yenilənib

yagisli-havada-yuk-masini-bele-asdi
Oxunma sayı: 6449

Bu gün Əbdülvahab Salamzadə küçəsində, Ziya Bünyadov prospekti istiqamətində qəza baş verib.

“Qafqazinfo” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, yağışlı hava şəraitində sürüşkən yolda yük maşını aşıb.

Belə ki, yolda çuxuru görən minik avtomobillərinin sürücüləri sürəti kəskin azaldıb. Bu zaman arxadan gələn kiçikhəcmli yük avtomobilinin sürücüsü də, sürəti aşağı salmağa çalışıb və tormozlama avtomobilin aşması ilə nəticələnib.

Qəza səbəbindən hazırda “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

***

NİİM-in yaydığı son məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən “Qələbə” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.