“Yalançı məzarda kəfənə şəklini və köynəyini büküb basdırmışam...”

yalanci-mezarda-kefene-seklini-ve-koyneyini-bukub-basdirmisam
Oxunma sayı: 6114

Xəbər verdiyimiz kimi, bu gün əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınan 62 nəfər Azərbaycan hərbçisinin siyahısını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, açıqlanan siyahıda 19 yaşında şəhid olan hərbçi Dadaşov İlham Adil oğlunun da adı var.

Qeyd edək ki, bir neçə gün əvvəl jurnalist Vüsalə Məmmədova şəhidin anası ilə bağlı məlumat paylaşmışdı.

“Şəkildəki Elmira xanımdır...

Oğlu İlham 19 yaşı olanda Fərrux dağında şəhid olub...

1992-ci il, sentyabrın 19-da...

Ermənilər oğlunun nəşini verməyib...

"Dövlətin verdiyi "qan pulu" ilə oğluma yalançı məzar düzəltdim" deyir...

"Yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam, təsəlli olsun deyə..."

Fərruxda kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunu məzarına uzada biləcək...

Bu, bir azərbaycanlı ananın hekayəsidir... Şərh etmək mümkün deyil”, - deyə jurnalist yazıb.