Yanğın olan məktəbdə bu gün dərslər distant keçiriləcək

yangin-olan-mektebde-bu-gun-dersler-distant-kecirilecek
Oxunma sayı: 1997

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.

Bakı Şəhəri üzə Təhsil İdarəsindən (BTŞİ) “Qafqazinfo”ya verilən məlumata görə, yanğın məktəbin ikinci mərtəbəsində baş verib. Məktəbin müəllim və şagird heyəti təxliyyə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun: Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi - Fotolar + Video + Yenilənib