Yanğında ölən uşaq məşhur iş adamının oğlu imiş - Video

yanginda-olen-usaq-meshur-is-adaminin-oglu-imis
Oxunma sayı: 1173

İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vəfat edən H.Əliyevin atası Əliyar Əliyev “Woodpecker” mebel fabrikinin sahibidir. Onun 2 qızı və 1 oğlu olub. Hüseyn isə evin ən kiçik uşağı olub.

Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb