Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binası yanır.
“Qafqazinfo”nun məlumatına görə, təhlükəsizlik tədbirləri çərçivəsində FHN qüvvələri tərəfindən bina sakinləri təxliyə edilir.
Son məlumata görə, yanğın məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
***
Çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər.










Son xəbərlər
Son Xəbərlər