YAP-çı deputatla icra başçısı şəhid və qazi ailələrini ziyarət etdi

yap-ci-deputatla-icra-bascisi-sehid-ve-qazi-ailelerini-ziyaret-etdi
Oxunma sayı: 2271

Milli Məclisin deputatı Anar Məmmədovla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “Novruz bayramı” münasibətilə şəhid və qazi ailələrini ziyarət ediblər.

Görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb. Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.

Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.