Yaqub Zurufçu vəfat etdi

yaqub-zurufcu-vefat-etdi
Oxunma sayı: 9078

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.

Bu barədə "Qafqazinfo"ya "Yeni Klinika"dan məlumat verilib.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq, koronavirusa yoluxan Əməkdar artist dünyasını dəyişib.

Qeyd edək ki, Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. Mərhum sənətçi 2009-cu ildə Əməkdar artist adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!