Yasamalda “BMW” ilə vurulan piyada öldü

yasamalda-bmw-ile-vurulan-piyada-oldu
Oxunma sayı: 1485

Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 8-də saat 3 radələrində qeydə alınıb. 

Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.