Yeni doğulan körpəyə şəhid atasının adı verildi - Video

yeni-dogulan-korpeye-sehid-atasinin-adi-verildi
Oxunma sayı: 7147

Vətən müharibəsinin iştirakçısı Anar İsrafilovun şəhid olmasından iki həftə sonra övladı dünyaya gəlib.

"Qafqazinfo" xəbər verir ki, yeni dünyaya gələn körpəyə atasının adı verilib.

Şəhidin xanımı Əfsanə İsrafilova AzTV-nin reportajında həm sevindiyini, həm də kədərləndiyini bildirib.

"Əsas odur ki, Anarın qanı yerdə qalmadı”, - deyə şəhid xanımı qeyd edib.

Həmin reportajı təqdim edirik: