Yeni gəlin köçən qızın öldürüldüyü məlum olub

yeni-gelin-kocen-qizin-oldurulduyu-melum-olub
Oxunma sayı: 9453

Masallı rayonunda yeni gəlin köçən 16 yaşlı qızın öldürüldüyü məlum olub.

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir. Bununla bağlı rəsmi qurumlar ictimaiyyətə açıqlama verəcək.

Təxminən 10 gün öncə gəlin köçən 2003-cü il təvəllüdlü Fatimə Qəmbərli bu gün vəfat edib. Yaxınları da “Qafqazinfo”ya qızın döyülərək öldürüldüyünü bildiriblər.

Murad Əhməd