Yeni sədr “Azərsığorta”nın 9 filialını ləğv etdi

yeni-sedr-azersigortanin-9-filialini-legv-etdi
Oxunma sayı: 11516

Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) 9 rayon filialı ləğv edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı şirkətin İdarə Heyətinin martın 16-da keçirdiyi iclasda qərar verilib.

Bu gün İdarə Heyətinin sədri Fərhad Adıgözəlov əmr imzalayaraq şirkətin Daşkəsən, Mingəçevir, Cəbrayıl, Qubadlı, Tərtər, Ağsu, Yardımlı, İmişli və Quba rayon filiallarını 01 aprel 2022-ci il tarixindən ləğv edib.

Qeyd edək ki, F. Adıgözəlov ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.

Xəbəri rus dilində oxuyun: Достоверность полученных от Армении карт составляет 25 процентов

“Я похоронила сына, завернув его фотографию и рубашку в саван…”