Yevlaxda Zəfər Gününə həsr edilən möhtəşəm konsert keçirilib - Video+Fotolar

yevlaxda-zefer-gunune-hesr-edilen-mohtesem-konsert-kecirilib
Oxunma sayı: 1504

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin beşinci ildönümünə həsr edilən möhtəşəm konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yevlax şəhərindəki Əyləncə parkında təşkil olunan bayram konsertində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib, Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərin tarixi əhəmiyyətindən danışılıb, öz qanları və canları ilə bizə bu qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar  dilənib.

Əməkdar arstist Nigar Şabanova, Nadir Qafarzadə, Xatun Əliyeva, Sabir Hüseynov, İlkin Dövlətovun ifasında səsləndirilən mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb.