“Yurqorden”in idman direktoru Musa Qurbanlıdan danışdı - “İstisna etmirəm”

yurqordenin-idman-direktoru-musa-qurbanlidan-danisdi
Oxunma sayı: 1322

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının gələcək taleyi müəyyənləşmək üzrədir.

“Qafqazinfo” İsveç mətbuatına istinadən xəbər verir ki, “Yurqorden” klubunun formasını geyinən 22 yaşlı futbolçu yayda komandasını dəyişəcək. Bunu Stokholm təmsilçisinin idman direktoru Bosse Andersson da təkzib etməyib. O, Qurbanlının məsələsinə mövsümün sonunda baxılacağını açıqlayıb: “Musa Qurbanlının durumu yayda müzakirə edəcəyimiz məsələdir. Heç nəyi istisna etmirəm”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə ötən yay “Qarabağ”dan keçib. Forvardın İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.