“Yuventus”dan yeni transfer

yuventusdan-yeni-transfer
Oxunma sayı: 1587

“Lill”in mərkəz müdafiəçisi Tiaqo Djalonun “Yuventus”a keçidi rəsmiləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Turin klubunun saytı məlumat  yayıb.

İtaliya təmsilçisi portuqaliyalı oyunçu üçün təxminən 3,5 milyon avro ödəyib. Tərəflər 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə imzalayıblar. 

Qeyd edək ki, 26 yaşlı futbolçu zədə səbəbindən bu mövsüm “Lill”də heç bir matçda iştirak etməyib.