Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

zaqatalada-avtomobil-piyadani-vuraraq-oldurdu
Oxunma sayı: 2329

Bu gün Zaqatalada piyada vurulub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Faldarlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, sürücü Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə 1999-cu il təvəllüdlü piyada Yusifov Bayram Məhəmməd oğlunu vurub. O, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov