Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış...

zeherlenmeden-olen-usaqlar-gobeleyi-ozleri-yigibmis
Oxunma sayı: 3948

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Qaxda bir ailənin üç üzvü göbələkdən zəhərlənib və onlardan ikisi 9 yaşlı İbrahimxəlil Qasımzadə, 12 yaşlı Murad Qasımzadə ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uşaqları zəhərləyərək onların ölümünə səbəb olan göbələkləri azyaşlılar özləri bağdan yığıb. Onlar zəhərli göbələyi evə gətirib və bişirilməsi üçün valideyninə veriblər. 

Bir müddət sonra zəhərli göbələk öz təsirini göstərib və azyaşlılarla yanaşı, 1974-cü il təvəllüdlü, Muradın atası Mübariz Qasımlı da xəstəxanalıq olub. Vəziyyətləri ağır olan xəstələr Bakıya çatdırılıb, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin oxuyun: Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

 4 adamın ölümünə səbəb olan Elşad Kəlbəliyevin qəzanın qarşısını almaq imkanı olub

Yasamalda yarım tikili narkomanların yuvasına çevrilib - Video