Zelenski Şoltsla danışdı

zelenski-soltsla-danisdi
Oxunma sayı: 1164

Ukrayna Prezidenti Volodimir Zelenski və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Heberştayt məlumat yayıb.

O bildirib ki, Zelenski müharibədən ən son yenilikləri çatdırıb və Almaniya federal hökumətinə hərbi dəstəyə, əsas da Ukraynanın hava hücumundan müdafiəsini gücləndirdiyinə görə təşəkkür edib.

Öz növbəsində kansler Almaniyanın Ukrayna ilə sarsılmaz həmrəyliyini təsdiqləyib və qeyd edib ki, Berlin Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiyada Kiyevi hərbi sahədə dəstəkləməyə davam edəcək.