Zelenski Zalujnıya Ukrayna Qəhrəmanı adı verdi

zelenski-zalujniya-ukrayna-qehremani-adi-verdi
Oxunma sayı: 2819

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya Ukrayna Qəhrəmanı adı verib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

“Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətə görə, general Valeri Fedoroviç Zalujnıya “Qızıl Ulduz” ordeni ilə Ukrayna Qəhrəmanı adının verilməsini qərara alıram”, - fərmanın mətnində deyilir.

Xatırladaq ki, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı ötən gün istefa verib. Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski onunla görüşüb, iki il ölkəni müdafiə etdiyinə görə təşəkkür edib. Dövlət başçısı, eyni zamanda ona komandada qalmağı da təklif edib. 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski Silahlı Qüvvələrin yeni baş komandanı təyin edilib.