“Zelenskinin 10 bəndlik sülh planını dəstəkləyirik”

zelenskinin-10-bendlik-sulh-planini-destekleyirik
Oxunma sayı: 2670

“Biz Ukraynanın sürətli bərpasına və yenidən qurulmasına töhfə verməyə hazırıq”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ukrayna-Cənub-Şərqi Avropa Sammiti”nə ünvanladığı videomüraciətində deyib.

“Müharibənin üçüncü ilinə keçsək də, bütün səylərimizə baxmayaraq, sülhün bərqərar olması istiqamətində kifayət qədər irəliləyiş əldə olunmayıb”, - o bildirib.

Türkiyə liderinin sözlərinə görə, müharibənin ədalətli və davamlı sülhlə bitməsi üçün diplomatiya və dialoqa şans verilməlidir:

“Bu məqsədə çatmaq üçün bütün diplomatik kanallardan ən yüksək səviyyədə istifadə etmək böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır. Bu baxımdan biz Ukrayna Prezidenti Volodimir Zelenskinin 10 bəndlik sülh planını prinsipcə dəstəkləyirik”.