Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ zamanı ölənlərin sayı 19-a çatıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə naziri Fahrettin Koca verib.
Nazir təbii fəlakət nəticəsində 772 nəfərin yaralandığını bildirib. Dövlət rəsmisi ölü sayının arta biləcəyini deyib.
***
Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı artıb.
"Qafqazinfo" xəbər verir ki, rəsmi açıqlamaya görə, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb.
***
Son məlumatlara görə, zəlzələ nəticəsində 21 nəfər ölüb.
**
Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Elazığda 18, Malatyada 4 nəfər həlak olub. 1031 nəfər xəsarət alıb.
39 nəfər dağıntılar altından sağ olaraq çıxarılıb.