Zərdabda da 20 Yanvar şəhidləri anılıb

zerdabda-da-20-yanvar-sehidleri-anilib
Oxunma sayı: 1485

Bu gün  Zərdab Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Aparatın məsul şəxsləri,  idarə, müəssisə və təşkilatların rəhbərləri, Zərdab RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər.

İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək şəhidlərimizin ruhlarını şad etdilər. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin başlatdığı azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdirdilər.

Tədbirdə 20 yanvar faciəsinin şahidi və iştirakçısı olmuş Qafur Məmmədov çıxış edərək həmin gecənin tariximizə qəhrəmanlıq səhifəsi kimi yazıldığını və heç vaxt unudulmayacağını bildirib.